image-44backend

Qorxulu Tehran və yaxud   SEPAH nəyə hazırlaşır?

image-reklam_sirab_01
Rəsmi Tehran aksiyaçılar qarşısında geri çəkilməyə başlayır. Əslində verilən açıqlamalar bunu deməyə əsas verir. Amma görünən odur ki, fars rejimi əhalinin aksiyalardakı aktivliyini azaltmaq və aksiyanı beşiyindəcə boğmaq üçün bu açıqlamaları verir. Əslində indi İranda nə baş verir? Molla rejimi aksiyaçılar qarşısında güzəştə getməyə hazırdırmı? Politoloq Yeganə Hacıyeva Vətəninfo.az-a açıqlamasında öz fikirlərini bildirib.
image-bez-nazvaniya
“İranın baş prokuroru şənbə günü “Əxlaq” polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin Məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.
Məhəmməd Cəfər Muntəziri son etirazlarla bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda Əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib:
“Cəmiyyətin davranışlarına bundan sonra hüquq mühafizə orqanları nəzarət edəcək”.
Yəni cəmiyyətin əxlaqını başı əmmaməli mollalar deyil, əli silahlı SEPAH-çılar qoruyacaq.
Məntiqlə də , etirazlarda gənclərin trendi olan “hərəyə bir ənmamə yerə ataq” kampaniyası kimi şeylər olmayacaq, çünki əli silahlı sepahçının papağını yerə ata bilməyəcəklər. İran bunu etirazların fonunda hakimiyyətin mütərəqqi addım kimi qələmə versə də, bu əksinə sərtləşməyə getmək deməkdir.”-deyə politoloq bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki