image-5f3fa5c2b83ecbackend

Qrenlandiyanın bəzi bölgələrində hava istiliyi rekord həddə artıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki bu barədə “Nature” jurnalında məqalə dərc olunub. Yazıda : “Qrenlandiyanın şimal hissəsində temperatur 20-ci əsrlə müqayisədə 1,5 dərəcə Selsi (2,7 Fahrenheit) artıb. Bu da son 1000 ilin ən yüksək artımı hesab edilir”.

Alimlər 1995-ci ildən bəri buz təbəqələrindən və buz nüvələrindən götürülmüş nümunələrlə temperaturun sürətlə artdığını aşkar ediblər.

Araşdırma qrupunun üzvü Maria Hörhold, “1990-2011-ci illər arasında temperaturun yüksəldiyini müşahidə etdiklərini vurğularkən, Danimarka Meteorologiya İnstitutunun buzşünası Jason Box da: “Şimali Qrenlandiyanın istiləşməsindən çox narahat olmalıyıq. Çünki həmin ərazidə böyük gəl-get buzlaqlar və buz axını şəklində onlarla hərəkətsiz nəhəng buzlar mövcutdur” .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki