Qubadlı rayonunun Bəxtiyarlı kəndində yerləşən qəbiristanlığın köçürülməsinə başlanılıb.
Bu barədə Vətəninfo.az-a kənd sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, kənd ərazisində su bəndinin tikintisi həyata keçirildiyindən həmin ərazidə yerləşən qəbiristanlığın başqa yerə köçürülməsi zərurəti yaranıb.
Məlumata əsasən, qəbiristanlığın köçürülməsi işlərinə bu gündən start verilib. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvafiq işlər aparılır.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.


























