image-a2006e3632426b0e4b45c087b567f9311671600921_320523399_540543338131363_7103860475786602886_n-jpg-780x470backend

Qulu Məhərrəmli kafedra müdiri oldu

image-reklam_sirab_01

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib.

Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır.

Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi parlaq televerilişlərin yaradıcısı və müəllifi deyil, həm də jurnalistika elmi və dilçilik sahəsində tanınmış alimdir. Bakı Dövlət Universitetinin məzunu olan Q.Məhərrəmli 1978-ci ildə Azərbaycan televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-95-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı ilə tanınınıb, obyektivliyi və qərəzsizliyi,hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə fərqlənib. Mükəmməl analitik veriliş formatı olan “7 gün” teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.

1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Q.Məhərrəmli, eyn zamanda qısa müddətdə “Xəbərlər” baş redaksiyasına rəhbərlik edib. O, həmin illərdə dövlət başçısını xarici səfərlərdə müşayiət dib, bu səfərlər haqında silsilə verilişlər hazırlayıb. Q.Məhərrəmlinin yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqi-informasiya proqramı 25 ildən çoxdur ki, teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.

1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətə başlamış Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müstəqillik dövründə jurnalistika ixtisası üzrə üzrə ilk elmlər doktoru olan Q.Məhərrəmlinin elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib, 2000-ci ildən baş müəllim, 2002-ci ildən dosent, 2006-cı ildən professordur. 2006-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2014-16-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Dəfələrlə xarici ölkələrdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.

Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan prof. Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Radio dalğalarında”, “Danışır Təbriz”, “Mediada debatlar”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazelogiya lüğəti”, “Yeni alınma sözlər”, “Gələcəyə ön söz” əsərləri xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.(qaynarinfo)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki