Məşhur Türkiyəli aktyor Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Dəclə Diyarbəkirdə baş verən zəlzələdə həlak olublar. Vətəninfo.az xəbər verir ki, Çağdaş Çankaya “Quruluş Osman”da da rol alıb.
Bir müddət “Təşkilat Osman”da da rol alan Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Dəclə Diyarbəkirdə baş verən zəlzələdə həlak olublar. Birsen Altuntaşın verdiyi xəbərə görə, Çankaya və Dəclənin yerləşdiyi mənzildən səs gəldiyi üçün ümidlər son ana qədər tükənməyib. Amma bu gün üzücü xəbər gəldi . Soyuq havaya görə daha dözə bilməyən cütlüyün cansız cəsədləri tapılıb.