image-143202backend

Qvardiola Premyer Liqada 200 qələbə qazanan ən sürətli şəxs oldu

image-reklam_sirab_01

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb. Vətəninfo.az xəbər verir ki, Kataloniyalı mütəxəssis həmin göstəriciyə Premyer Liqa tarixində ən sürətli nail olub. Ona 269 matç lazım idi.

Qvardioladan əvvəl rekordçu “Mançester Yunayted”in keçmiş baş məşqçisi, İngiltərə Premyer Liqasında 322 oyunda ilk 200 qələbəyə çatan şotland Aleks Ferqyuson olub.

İngiltərə çempionatının üçüncü turunda “Mançester Siti” səfərdə “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki