Bu gün istefa ərizəsi rəsmi şəkildə qəbul olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin xidməti avtomobilini də özü ilə aparıb.
Bu barədə Veteninfo.az-ın redaksiyasına məlumat daxil olub.
Məlumata görə, R.Mehdiyev hələ 2019-cu ilə qədər Prezident Administrasiyanın rəhbəri olan zaman istifadəsindəki xidməti avtomobili qaytarmayıb.
Beləliklə, avtomobili AMEA prezidentliyi dövründə, yəni 2019-2022-ci illər ərzində də istifadə edib.
Bu gün AMEA-nın Ümumi Yığıncağında istefası yekdilliklə qəbul olunan R.Mehdiyev iclasdan sonra akademiyanın inzibati binasını birdəfəlik tərk edib və evinə yola salınıb.
Maraqlısı odur ki, vəzifəsini itirən və işsiz statusunda olan R.Mehdiyev akademiyanı tərk edən zaman dövlətin ona verdiyi xidməti avtomobili də özü ilə aparıb.
Mövzunu davam etdirəcəyik.