image-reklam-veteninfo
image-1backend

Ramiz Mehdiyevin əmlakları təcili satışa çıxarılıb – ŞOK ƏMLAK SİYAHISI

image-reklam-veteninfo

​Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın çevrəsinə aid bir sıra nəhəng daşınmaz əmlaklara həbs qoyulub. Lakin istintaq orqanlarının diqqətindən yayındığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə və onun şərikli münasibətdə olduğu Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevə məxsus yeni əmlaklar üzə çıxmaqdadır.

Vətəninfo.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumatlara əsasən, mümkünsüz müsadirə və ya həbs riskini nəzərə alaraq, şərikli mülkiyyətdə olan bir sıra strateji obyektlər və torpaq sahələri təcili olaraq sosial şəbəkələrdə və elan saytlarında satışa təklif olunur.

Xaçmazda satışa çıxarılan aktivlərin siyahısı:

Xaçmaz şəhərinin mərkəzində xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin tam qarşısında yerləşən 300 kvadratmetrlik qeyri-yaşayış obyekti.

Mirzəoba kəndində ərazisi tam olaraq setka ilə hasarlanmış, suvarma üçün xüsusi artezian sistemi və transformatorla təmin edilmiş, çıxarışlı 10 hektar torpaq sahəsi.

Həsənqala kəndində ümumilikdə 5 hektar ərazini əhatə edən üç göl və əlavə olaraq 2 hektar çıxarışlı torpaq sahəsi.

Yalama ərazisində dörd yol deyilən yaxınlığında, mərkəzi magistral yolun kənarında yerləşən çıxarışlı 85 sot torpaq sahəsi.

Musavat.com-da sabiq “boz kardinal”ın illər ərzində formalaşdırdığı imperiyaya dair yayımlanan məlumatlar göstərir ki, həbs qoyulan və ya nəzarətə götürülən mülklərin coğrafiyası son dərəcə genişdir:

Novxanı qəsəbəsində, Xəzər sahilində yerləşən, xüsusi mühafizə olunan, daxilində şəxsi istirahət kompleksləri, böyük bağ sahələri və yardımçı tikililəri olan nəhəng malikənə.

Paytaxtın mərkəzi küçələrində Ramiz Mehdiyev ailəsinə və yaxın qohumlarına məxsus çoxsaylı lüks mənzillər, elit yaşayış komplekslərindəki penthauslar və kommersiya obyektləri.

Abşeron və Şamaxı istiqamətində müxtəlif dövrlərdə ələ keçirilmiş, yüzlərlə hektarı əhatə edən kənd təsərrüfatı təyinatlı torpaq sahələri və fermer təsərrüfatları (o cümlədən satışa çıxarıldığı iddia olunan 50 hektarlıq xüsusi ərazilər).

Müxtəlif holdinqlər və MMC-lər üzərindən idarə olunan ticarət mərkəzləri, anbar kompleksləri, hotellər və istirahət bazaları.

Offşor zonalar və yaxın çevrənin (kürəkənləri, övladları və quduraları) adına rəsmiləşdirilmiş maliyyə aktivləri.

​Sabiq administrasiya rəhbərinin “vurulması”ndan sonra onun klanına daxil olan şəxslərin əmlakları təcili nağdlaşdırmağa çalışması Ramiz Mehdiyev imperiyasının hüquqi müstəvidə tamamən küncə sıxıldığını aydın göstərir. İstintaq orqanlarının diqqətindən yayındırılmağa çalışılan şərikli mülklərin və gizli aktivlərin aşkarlanması istiqamətində proseslərin daha da dərinləşəcəyi gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki