image-image_750x_6386f320e55abbackend

Ramzan Kadırov Papanı dinsiz adlandırdı

image-reklam_sirab_01

Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında Papa Fransiskə çeçenlərin və buryatların vəhşiliyi ilə bağlı bəyanatına cavab olaraq paylaşım edib.Vətəninfo.az xəbər verir ki, Ramzan Kadırov Papanı dinə sələyib.

“Mən sizə inkvizisiyanı, səlib yürüşlərini yada sala bilərdim və ya hətta Banderovun qəddarlığının əsl qəddar güllələrini, silahsız rus əsgərlərinin son edamlarını xatırlaya bilərdim, amma mən sizə müharibədə  hər çeçeni hərəkətə gətirən şeylər haqqında danışmaq istərdim. Bu İslamdır. Mən də sizi dinə dəvət edirəm”, – Kadırov yazıb.

O, çeçenlərin vətənlərini, dinini və xalqını qorumaq üçün canfəşanlıq etdiyini təsdiqləyib.

“Biz düşməni təslim olmağa çağırırıq, vətəndaşlarımıza isə deyirik ki, özlərini qorusunlar. Bu qəddarlıqdır? Döyüşçülərimizin sıralarında alkoqolik və narkoman yoxdur, hamısı dərin inanclı insanlardır. Və döyüşçülərin hər biri bilir ki, müharibədə şərəf, ləyaqət və hətta düşmənə qarşı hörməti unutmaq olmaz”, – Çeçenistan rəhbəri vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki