image-image_750x_63fccb441363abackend

Ramzan Kadırovun keçmiş müşaviri Pyotr Çuvilin öldürülüb? -İDDİA

image-reklam_sirab_01

Çeçenistan prezidenti Ramzan Kadırovun keçmiş müşaviri Pyotr Çuvilin Moskvada qəribə şəraitdə dünyasını dəyişib. Vətəninfo.az xəbər verir ki, Pyotr Çuvilinin ölməsi bəzi müaəmmaların ortaya atılmasına səbəb olub. Rusiya mediası iddia edir ki, o öldürülüb.

Keçmiş  bankir rüşvətxorluq və çirkli pulların yuyulması ilə bağlı işdə şahid olub.

Çuvilin yaxşı bilirdi ki, Çeçenistan rəhbərləri, bir sıra əsas fiqurlar, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin generalları, Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Yakunin və s. öz kölgəsini harada gizlədirlər.

Onun fəaliyyəti ilə tanış olan mənbələr qeyd ediblər ki, xarizmatik şəxsiyyət dindirmə zamanı bəzi təfərrüatları müstəntiqlərə açıqlasa da, özü ilə bir çox sirləri götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki