image-image_750x_63bdbc7572966backend

Ramzan Kadırovun köməkçisi: “Rusiya “üçüncü dünya müharibəsi mərhələsindədir”

image-reklam_sirab_01

Çeçenistan rəhbəri Ramzan Kadırovun  köməkçisi Apti Alaudinov canlı yayımda  bildirib ki, Rusiya “üçüncü dünya müharibəsi mərhələsindədir”, bu barədə məlumat ruslara “aydın şəkildə çatdırılmalı”, ölkə buna hazır olmalıdır. Vətəninfo.az xəbər verir ki, Apti Alaudinov bu fikirləri yanvarın 9-da “Rossiya 24” telekanalının canlı efirində bildirib.

“Bəziləri başqa səfərbərliyin olub-olmayacağı çaxnaşmasını artırır. Amma düzünü desəm, mən hesab edirəm ki, səfərbərlik dalğası dünən baş verməli idi. Biz əhalimizi həm məktəblərdə, həm də hər yerdə hazırlamalıyıq ki, belə hadisələr baş verərsə, hamımız bir sırada dayanmalıyıq”, – Alaudinov bildirib.

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də başlayıb, bu barədə həmin gün səhər saatlarında prezident Vladimir Putin müvafiq sərəncam imzalayaraq məlumat verib. O, bu qərarı ölkənin üzləşdiyi təhlükələrə bərabər hesab edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki