image-1671775047_4backend

Rasim Balayev: “Anar Kərimov Prezidentin tapşırıqlarını yerinə yetirə bilmədi”

image-reklam_sirab_01

“Xalq artisti kimi yox, bir vətəndaş kimi deyirəm ki, bu gün Azərbaycan mədəniyyəti çox pis gündədir”.

Vətəninfo.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyib.

Xalq artisti Anar Kərimovun mədəniyyət naziri kimi fəaliyyəti dövründə heç bir irəliləyişə nail olunmadığını vurğulayıb.

“Azərbaycanın mədəniyyət sahəsi həmişə göz qabağında olub. Anar Kərimovun dövründə heç bir inkişafı görə bilmədik. Bu gün Prezident İlham Əliyev onun nazir vəzifəsindən azad olunması ilə bağlı Sərəncam imzaladı. Düzdür, cənab Prezident ona müəyyən tapşırıqlar verdi. Amma, görünür yerinə yetirə bilmədi və onu vəzifəsindən azad etdi. Təbii ki, belə məsələhət bildi və onu müzakirə etməyə dəyməz. Özü bilən məsələhətdir.

Bəzi nazirliklər var ki, onların gördüyü işi millət, kütlə görmür. Amma, mədəniyyət sahəsini milyonlar görür. Ola bilsin ki, çox savadlı bir şəxsdir, ancaq idarəçilik tamamilə başqadır. Hətta, bəzən bu sənətin yiyəsi də rəhbərliyə gələ bilər, lakin orada inkişaf yox, əksinə geriləmə olar. Yəni, idarəçilik də bir vergidir və hər adamın təşkilatçılığı olmaya da bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki