image-reklam-veteninfo
image-1backend

Rəisi: “İran Ermənistanla Azərbaycan arasındakı mübahisənin həllinə hazırdır”

image-reklam-veteninfo

Vətəninfo.az Nour News saytına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi 3+3 formatında xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Tehrana səfə edən Ermənistan xarici işlər naziri ilə görüşdə deyib:
“İran İslam Respublikası özünün güclü və nüfuzlu mövqeyini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında mövcud mübahisələrin həllinə kömək etməyə hazırdır. İran Qafqaz ölkələrinin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.
O, Qafqaz bölgəsinin təhlükəsizliyinin region ölkələri və xalqları üçün vacibliyini vurğulayıb, yad qüvvələrin müdaxiləsini regional sülh və sabitliyə zərərli hesab edib.
Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu kritik dövrdə İranın iştirakı ilə region ölkələri arasında görüş və dialoqların keçirilməsinin zəruriliyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki