image-resad_daglibackend

Rəşad Dağlı kimi öldürüb? – YENİ DETALLAR

image-reklam_sirab_01

Vətəninfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

xxx

07:47

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov qətl törədib.

Vətəninfo.az “Report”a istinadla xəbər verir ki, 1984-cü il təvəllüdlü meyxanaçı İsgəndər adlı şəxsi bıçaqla öldürüb.

Hadisə Qaradağ rayonu ərazisində baş verib.

R.Əmirov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki