image-bez-nazvaniyabackend

“Rəşad Dağlını reklam etməklə başqa bir cinayətə rəvac verdik” -Politoloq həyəcan təbili çaldı

image-reklam_sirab_01

“16 yaşlı uşağın öldürülməsi xəbərini oxuyandan özümə gələ bilmirəm. Böyüyən nəsil həmişə nümunələrdə tərbiyyə olunub, olunur və olunacaq.” Vətəninfo.az xəbər verir ki, bunu açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq bildirib ki, son zamanlar bir meyxanaçının öz dostunu bıçaqlamasını qəhrəmanlıq kimi təbliğ edənlərin ucbatından daha bir cinayət baş verdi.

“Həyatımıza girmiş elektron ressurslar cəmiyyətdə fərdin, yeniyetmələrin sosial-mədəni modelinin , davranış vərdişlərinin formalaşmasında , xüsusi ilə azyaşlıların şüuraltısında nümunələrinin, onların davranış və vərdişlərinin formalaşmasında mexanizm kimi iştirak edir. Özünü dərk mərhələsində şüuraltı vərdişlərdən yola çıxan uşaqlar onlara oxşamağa, onlar kimi davranmağa və s. başlayır. Cəmi 18 gün öncə cinayət törətmiş Rəşad Dağlının KİV-lərdə günlərlə haqq-ədalət müdafiəçisi, qəhrəman kimi kultlaşdırılması təbliğatı aparıldı və bu proses hələ də davam edir. Nəticə də göz önündə , bir yeniyetmə instagram, tik-tokdan və diğər platformalardan ona qəhrəman kimi “yeridilən” birini, kumirini yamsıladı.” -Yeganə Hacıyeva bildirib.

“Bu günlərdə tədbirlərin birində KİV- lər , elektron ressurslar, sosial platformlarda kriminal hadisələrin belə detallı işiqlandırılması , tirajlanması , manşet xəbərlərlə cinayətkarlığın və ya cinayətkarın kultlaşıdırılması təbliğatının əks effekt verməsi haqqında fikirlərimi bildirdim. Tədbirdə “mediada ifadə azadlığına qadağalara əsaslar” formalaşdırırsınız deyə iradlar bildirənlər oldu. KİV- lər , sosial platformlar, internet ressurslarda kriminal hadisələrin belə detallı işiqlandırılması , tirajlanması , manşet xəbərlərlə cinayətkarlığın və ya cinayətkarın kultlaşıdırılması elementləri təbliğat elementləridir. Xüsusi ilə , keyfiyyətli təlim-təhsil vasitələri ancaq maliyyə imkanı normal və yaxşı olan ailələrin uşaqlarına əlçətan olan cəmiyyətlərdə azyaşlıları və yeniyetmələri internet və sosial platformalar tərbiyyə edir. Bu təbliğatı izləyən böyüməkdə olan nəsilin təsəvvüründə buraxdığı izlərin nəticələri belə olur.”- deyə politoloq həyəcan təbili çalaraq bu məsələlələrə həssas yanaşılmasının vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki