image-indirbackend

“Rəsmi İrəvan tarixin bütün dövrlərində terrora dəstək verib” -Arzuman Muradlı

image-reklam_sirab_01

” Ermənilər tarix boyu terrorla öz niyyətlərini gerçəkləşdirməyə çalışıblar. Bu millət hər məğlubiyyətdən sonra özünə təsəllini qisas almaqda görüb və terrora baş vurub.” -bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq qeyd edibki, Ermənistan dövləti yarandığı gündən terrora dəstək verib.

“1915-ci il hadisələrindən sonra türk paşalarının qətl edilməsi, 1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına qarşı Tiflisdə, Türkiyədə həyata keçirdikləri qətllər, keçən əsrin 70-ci illərində 30-a yaxın Türkiyə diplomatlarının xaricdə terror edilməsini unutmayaq. Bu millət terroru məğlubiyyətdən sonra “özünəgəlmə, dirçəlmə” amili kimi dəyərləndirib fəaliyyətə keçir. Əgər “Quççi”nin erməni modeli də qisas almaq üçün “Voma” terror təşkilatına qoşulduğunu və artıq silahlı təlimlərə başladığını elan edirsə, deməli onların sayının çoxalacağı istisna deyil. Qeyd olunan terror hadisələrinin icraçılarına “Nemezis” abidəsi ucaldan millətdən bəşəri dəyər ummağa dəyməz. Perspektivdə belə bir təhlükə ilə üzləşəcəyimizi xüsusi xidmət orqanlarımızın diqqətdə saxlayacağı şübhəsizdir…”-deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image