image-331361975_1343427553119435_3323644172337065023_nbackend

Rəsmi Tehran  6 ərəbin edam edilməsinə qərar verdi

image-reklam_sirab_01

Tehran  rejiminin media təbliğatının əksinə olaraq, ölkədə siyasi məhbuslara qarşı edam hökmləri verilməkdə davam edir və yüzlərlə siyasi məhbus, xüsusən də uzun müddətə azadlıqdan məhrum edilmiş və uzaq bölgələrdə hələ də dəhşətli şəraitdə, tibbi müalicə, məzuniyyət və ya cəzalarını azalması imkanından məhrum edilərək həbs cəzalarını çəkirlər.

Vətəninfo.az xəbər verir ki,  Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban zindanında saxlanılan 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb.

“Əl-Ərəbiyyə” kanalının xəbərinə görə, bu barədə Əhvaz İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, hesabata əsasən, Əli Məcdəm, Moin Xənfəri, Məhəmməd Rza Muqəddəm, Seyid Salem Musəvi, Seyid Adnan Musəvi və Həbib Deris adlı gənc siyasi məhbuslar edam cəzasına məhkum ediliblər.
Məlumata görə, Şeyban həbsxanasında saxlanılan İranın daha 6 ərəb vətəndaşı 5 ildən 35 ilə qədər azadlıqdan məhrum olunublar.

Məlumata görə, Tehran rejiminin siyasi, ictimai fəallara qarşı təzyiqləri davam edir. 18 yaşlı Aryən Koxayzadənin İlam şəhər mərkəzi zindanında işinə baxılmamasına etiraz olaraq dodaqlarını tikərək aclıq aksiyasına başladığı bildirilib.

Hüquq müdafiəçisi, ictimai fəal, dəfələrlə həbs olunmuş, insan hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə azadlıqdan məhrum edilən Nəsrin Sütudənin əri, vəkil Rza Handan bildirib ki, İslam Respublikası məhkəmə sistemi müvəkkilini 6 il həbs cəzasına məhkum etmək üçün çağırıb: “Siyasi məhbusların əfv edilməsi bəhanəsinə baxmayaraq, vətəndaş cəmiyyətinin fəallarına basqılar davam edir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki