image-b9e0a927741fb41ec0fee7d84081e60fbackend

Ronaldonun qaldığı otelə ayda 300 min ödəniləcək- Futbolçuya 15 milyonluq malikanə tikilir

image-reklam_sirab_01

Ötən ilin sonuna yaxın Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu illik 200 milyon dollardan çox pul təklif edərək 37 yaşlı ulduz futbolçu Kriştiano Ronaldonu özünə cəlb etməyi bacardı. Müqaviləyə əsasən, futbolçu iki il yarım neft krallığında qalacaq.

Azpost.info xəbər verir ki, hazırda Ronaldo krallığın paytaxtı Ər-Riyadda məskunlaşıb. Futbolçuya sevgilisi Corcina, uşaqları, yaxın dostları və mühafizəçiləri ilə birgə “Four Seasons” otelində 17 otaq tutublar. Otel ölkənin ən hündür binalarından biri olan 99 mərtəbəli “Burj Al Mamlaka” göydələnində yerləşir.

Elit nömrədə geniş qonaq otağı, şəxsi ofis, yeməkxana və konfrans zalı var.

Media hesablayıb ki, portuqaliyalı futboçu və yoldaşlarının oteldəki bir aylıq xərci 300 min dollardır. Lakin Ronaldo, çox güman ki, orada qalmayacaq. Onun yeni evi elit ərazilərlə əhatə olunmuş Əl-Nəsr stadionunun yaxınlığında yerləşəcək.

Deyilənlərə görə, Ronaldo 15 milyon dollara başa gələcək malikanə evinin təfərrüatlı dizaynını artıq sifariş edib. Evin 8 yataq otağı və bir neçə idman zalı olacaq. 4,2 kv. km sahəsi olan həyətində böyük üzgüçülük hovuzu, futbol və basketbol meydançaları, üç restoran, üç əlavə villa tikiləcək, hətta şəlalə də düzəldəcəklər.

Malikanənin təhlükəsizliyinə 3 özəl mühafizə şirkəti nəzarət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki