image-44backend

ROQOZİNİ MOSKVAYA APARIRLAR – Bədənindəki qəlpəni çıxara bilmirlər

image-reklam_sirab_01

“Roskosmos”un sabiq başçısı və “rus dünyası”nın “alovlu” tərəfdarlarından olan Dmitri Roqozini müayinə və əməliyyat etmək üçün Moskvaya aparıblar.

Vətəninfo.az xəbər verir ki, işğal altındakı Donetsk şəhərində yerləşən “Şeş-beş” restoranında özünə ad günü keçirərkən Ukrayna Ordusunun artilleriya zərbəsi nəticəsində yaralanan Roqozinin vəziyyətinin yaxşı olmadığı məlum olub.

Belə ki, Donbasdakı həkimlər Roqozinin bədənindəki qəlpəni çıxara bilməyəcəklərini söyləyiblər. Bundan sonra səhhəti getdikcə pisləşən sabiq iri ranqlı məmuru Moskvaya çatdırmaq qərarı verilib.

Xatırladaq ki, Roqozin ad günündə Ukrayna Sialhlı Qüvvələrinin göndərdiyi “hədiyyə” nəticəsində kürəyindən, başından və oturacağından qəlpə yaraları alıb. Həmin artilleriya zərbəsi nəticəsində məclisdə olan iki nəfər həlak olub. Yaralananlar arasında isə Roqozinlə bərabər qondarma “dxr”-in “baş naziri” də var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki