image-reklam-veteninfo
image-1backend

Rostova hücumda ölənlərin sayı beşə çatdı

image-reklam-veteninfo

Ukraynanın Rusiyanın Rostov vilayətinə gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində həlak olanların sayı beşə yüksəlib.

Vətəninfo.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın verdiyi məlumata görə, dağıntılar altında aparılan axtarış-xilasetmə işləri zamanı daha iki böyük və bir uşağın meyiti aşkar edilib. Bundan əvvəl hadisə nəticəsində ər-arvadın həyatını itirdiyi bildirilmişdi.

Qubernator bildirib ki, hücum zamanı yaralanan şəxslərdən ikisinin vəziyyəti ağırdır. Ağır yaralılar arasında bir yeniyetmənin də olduğu qeyd olunub.

“Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu, hamımız üçün əvəzolunmaz itkidir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir”, – deyə Yuri Slyusar “Telegram” kanalında paylaşım edib.

Hazırda hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam etdirilir. Əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki