image-666666backend

“Ruben Vardanyan Moskvadan qayıtmayacaq, çünki rəsmi olaraq istefa verib ” – “Hraparak” qəzeti

image-reklam_sirab_01

Qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan 4 gündür ki, Moskvadadır. Onun Moskvaya necə, hansı yola və kimin vasitəsilə getməsi müzakirə mövzusu olsa da, erməni nəşri  “Hraparak” iddia edir ki, Ruben Vardanyan Moskvaya qaçıb. Vətəninfo.az xəbər verir ki, nəşr yazıb: “Qarabağdan alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl Arayik Arutyunyan Rusiyanın Qarabağla  bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl Qarabağa qayıdıb. Onun ardınca “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır. Ruben Vardanyan böyük ehtimalla geri qayıtmayacaq. Çünki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Ruben istefa verib.”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki