image-ruben-vardanyanbackend

“Ruben Vardanyan sülhməramlıların vasitəsilə Qarabağdan çıxarılıb” -Yeganə Hacıyeva

image-reklam_sirab_01
“Ruben Vardanyan Moskvadadır və onu Qarbağdan Rusiya sülhməramlıları çıxarıb. Onun Moskvada görsəndiyi ərəfədə Rusiya sülhməramlıları Qarabağdan əsgərlərin istifadə olunmuş paltarları, çirkli yorğan döşəkdən ibarət “texniki yük” çıxardıb.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva bildirib.
“Ruben Vardanyanı hamilə qadın qismində Qarabağdan çıxarıb Moskvaya aparıblar. Qırmızı Xaçın çıxartdığı adamların sıralarında Vardanyanı ona görə axtarmaq lazım deyil ki, Vardanyan İrəvan ofisinin rəhbərliyində Paşınyanın sorosçu dostu olan təşkilata öz “evakuasiyasını” etibar etməzdi. Bir də Rusiyanın Qarabağdakı agentini elə sülhməramlılarının özü daşıması daha məntiqlidir. Növbəti təlimatlar almağa , Qarabağda izini itirdiyi bəzi cinayətlərin hesabatını verməyə gedib. Sonuncu məsələdə görünür nə vasitəçiyə , nə də internet kommunikasiyalara etibar etmirlər…” -deyə Yeganə Hacıyeava əlavə edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki