image-22backend

Rusiya ABŞ-ı Ukraynada təxribat hazırlamaqda ittiham edir

image-reklam_sirab_01

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ-ın zəhərli kimyəvi maddələrdən istifadə etməklə Ukraynada təxribat təşkil etməyi planlaşdırdığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə radioloji, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirilov brifinq zamanı bildirib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, fevral ayında zəhərli kimyəvi maddələr və qoruyucu vasitələr Donetsk vilayətinin cəbhə xəttinə ötürülüb. Agentlik bu məlumatdan belə nəticəyə gəlir ki, Ukraynada kimyəvi maddələrdən istifadə ilə təxribat hazırlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki