image-imagesbackend

“Rusiya Azərbaycanın müttəfiqidir” kimi nağıla kimsə inanmaz – Elxan Şahinoğlu

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşlə bağlı yaydığı açıqlamada “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir” cümləsini yazıb. Rusiya Azərbaycanın müttəfiqidirmi? Vətəninfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu absurd bir düşüncədir.

Politoloq hesab edir ki, Rusiyadan Azərbaycana müttəfiq olmaz.

““Tərəfdaş” və “müttəfiq” Azərbaycanın ərazi bütövlüyü əleyhinə separatçıları silahlandırmaz, Azərbaycanın məntəqələrini ermənicə adlandırmaz, Ermənistanla Qarabağı birləşdirən yoldan silahın və xarici ölkə vətəndaşlarının keçidinə imkan verməz. Bunlar hamısı baş verirsə “tərəfdaşlıq” və “müttəfiqlik” sadəcə söz oyunudur. Əlbəttə, reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq “Rusiya Azərbaycanın müttəfiqidir” kimi nağıla kimsə inanmaz.”- deyə politoloq bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki