image-1backend

 Rusiya buğda idxalına qadağa qoyur: Bahalaşma qaçılmaz olacaq

image-reklam_sirab_01

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək bərk buğdanın ölkədən ixracına qadağa qoyulmasını təklif edib. Vətəninfo.az xəbər verir ki, bu barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilmiş hökumət qərarının layihəsində deyilir.

Qərar layihəsinə əsasən, Rusiya Federasiyasında qida təhlükəsizliyini təmin etmək üçün müvəqqəti qadağa tətbiq edilir. “Qadağa EATM kodları 1001 11 və 1001 19 olan bərk buğdaya tətbiq olunacaq. Qadağa Rusiya buğdasının beynəlxalq hüquqi müqavilələr çərçivəsində humanitar yardım məqsədilə digər ölkələrə ixracına, Rusiya ərazisindən tranzit keçməyə, həmçinin Abxaziya, Cənubi Osetiya və Belarusiyaya şamil edilməyəcək”.

Qeyd edək ki, qətnamənin icrasına nəzarət Federal Gömrük Xidməti, Rosselxoznadzor, FSS, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasına veriləcək.

Bildirək ki, bu qərar Azərbaycana da şamil olunacaq. Bakı isə taxıl və un ehtiyaclarının böyük hissəsini Rusiyadan tədarük edir. Belə bir qərarın ölkəmizə mənfi təsirləri olacağı, qiymətlərin bahalaşmasına zəmin yaradacağı istisna deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki