Cənubi Afrika Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 17-də Hind okeanının cənub hissəsində Rusiya, Çin və Cənubi Afrikanın ikinci birgə hərbi dəniz təlimləri başlayıb.
Vətəninfo.az xəbər verir ki, təlimlər fevralın 27-də KvaZulu-Natal əyalətinin Durban və Riçards Bay şəhərləri yaxınlığında başa çatacaq. İlk belə təlim dörd il əvvəl Cənubi Afrika sularında keçirilib.
Rusiyadan Şimal Donanmasının gəmilərinin bir dəstəsi orta tanker Kama və “Admiral Gorshkov” freqatının tərkibində iştirak edir.
Təlimlər zamanı dəniz sistemlərinin qarşılıqlı fəaliyyətinin işlənməsi, dəniz quldurluğu ilə mübarizə və təbii fəlakətlərə cavab tədbirlərinin təkmilləşdirilməsi planlaşdırılır.