image-3077_1783backend

Rusiya daha bir “bomba”sını Qarabağa gətirib: Vardan Oskanyan qondarma rejimdə nazir olacaq

image-reklam_sirab_01

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Xankəndinə qanunsuz səfər edib. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Vardan Oskanyan noyabrın 26-dan Xankəndində səfərdədir.

Erməni mediası iddia edir ki, 1998- 2008-ci illərdə Ermənistanın xarici işlər naziri olan Vardan Oskanyan Moskva səfərindən dərhal sonra Xankəndinə getməsinin özəl səbəbi var.

“Oskanyana  Qarabağda nazir kreslosu vəd edilib. O, Rusiyanın adamı kimi Ruben Vardanyanın xarici siyasət işlərinə baxacaq”- -erməni mediası yazır.

P.S. Ermənilərin arzusu tezliklə gözündə qalacaq və Xankəndində üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki