Vətəninfo.az xəbər verir ki, ukraynalı jurnalist Yuri Butusov bunu “Xersondan tez geri çəkilməyin sirri” adlandırıb və hadisə yerindən video nümayiş etdirib.

Ruslar nasaz vəziyyətdə olan zirehli maşına partlayıcı yerləşdirərək onu tamamilə məhv ediblər. Kadrlarda işğalçıların özlərinə məxsus iki tankı məhv etdikləri görünür. Bununla belə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi texnikalar arasında itkilərin olmadığını, hətta təmirə başlanılan nasaz silahların da təxliyə edildiyi iddia edir.