image-reklam-veteninfo
image-1backend

Rusiya dronunun qalıqları avtomobillərin üzərinə düşdü: Ölənlər var

image-reklam-veteninfo

Ukraynanın paytaxtı Kiyev yaxınlığında Rusiya pilotsuz uçuş aparatının və ya onun yanan qalıqlarının avtomobillərin üzərinə düşməsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, hadisə Çabani kəndi yaxınlığında, Kiyev–Odessa magistralında baş verib. Dronun qalıqlarının yola düşməsi bir neçə avtomobilin alışmasına səbəb olub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Magistralın qəza baş verən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə ilə bağlı Ukrayna Baş Prokurorluğunun məlumat yaydığı bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki