image-1200_0_1650826899-8455backend

Rusiya Federasiyası ilə danışıqlar məsələsi Ukraynadan asılıdır – Bayden

image-reklam_sirab_01

ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində heç bir kompromis haqqında düşünmədiyini vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Rusiya Federasiyası ilə danışıqların aparılması məsələsinin Ukraynadan asılı olduğunu bildirib.

Vətəninfo.az-ın verdiyi məlumata görə, Ağ Evin sosial şəbəkələrdə yayımladığı mətbuat konfransında ABŞ prezidentindən Ukraynanın Rusiya ilə güzəştə getməyə hazır olub-olmadığını hələ görmək lazım olduğunu deyərkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirməsi xahiş olunub. Bayden heç bir halda ərazi güzəştləri ilə bağlı kompromisləri nəzərdə tutmadığını açıqlayıb.

“Xeyr, mən belə düşünmürəm. Bu, ukraynalılardan asılıdır. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur”, – Bayden vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki