Rusiyanın “Çeburashka” filmi üç gün ərzində 1 milyard rubl(23 milyon 600 min AZN) toplayıb. Vətəninfo.az xəbər verir ki, bu filmin qısa zamanda böyük məbləğ toplaması filmin heyətini sevindirib.
“Çeburashka”nın rejissoru Dmitri Dyaçenkodur. Filmdə baş rolları Sergey Qarmaş, Olqa Kuzmina, Fyodor Dobronravov, Sergey Lavagin, Polina Maksimova ifa ediblər. Süjetə görə, Çeburaşka dənizkənarı şəhərdə peyda olan “uzaq narıncı ölkədən gələn heyvandır”.