image-image_750x_63bcf5113104cbackend

Rusiya hava limanında fövqəladə vəziyyət: Təyyarə havada zədələndi

image-reklam_sirab_01

Rusiya sərnişin təyyarəsi qəza keçirib. Vətəninfo.az xəbər verir ki, Xabarovsk hava limanına eniş edərkən sərnişin  təyyarəsi zədələnib, təyyarənin şassisi partlayıb. Xabarovsk Hava Yolları regional aviaşirkətinin Telegram kanalı xəbər verir ki, hava limanı bağlanıb.

“Təyyarələrdən birinin Xabarovsk hava limanına enişi zamanı təkər şassidə partlayıb”, – məlumatda deyilir.

Zərərçəkənlər və fövqəladə vəziyyətin təfərrüatları barədə məlumat verilmir.

Xabarovsk hava limanı yerli vaxtla saat 15:00-a qədər bağlıdır. O da bildirilir ki, Sovetskaya Qavan-Xabarovsk marşrutu üzrə 468 saylı reysi həyata keçirən təyyarə indi Tatar boğazı sahilindəki alternativ hava limanına qayıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki