Rusiya hökuməti benzinin ixracına bu il sentyabrın 21-dən tətbiq edilən müvəqqəti qadağanı ləğv edib.
Vətəninfo.az “Ria Novosti” istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.
“Rusiya Federasiyası hökuməti daxili bazarda yerli motor yanacağının qiymət konyukturasının sabitləşdirilməsi tədbirləri çərçivəsində sentyabrın 21-də qoyulmuş avtomobil benzininin ixracına qoyulan müvəqqəti qadağanı noyabrın 17-dən ləğv etmək qərarına gəlib”. departamentin açıqlamasında deyilir.