image-1backend

Rusiya Kiyevə hava zərbəsi endirdi

image-reklam_sirab_01

Kiyevdə bir neçə partlayış səsi eşidilib və bundan dərhal sonra şəhərdə hava hücumu xəbərdarlığı elan edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.

Siqnallar Kiyevin bütün regionunda da aktivləşdirilib, lakin təfərrüatlar verilməyib.

Bazar günü axşam saatlarında Odessa vilayətində, eləcə də Kiyevin nəzarətində olan Xerson vilayətində yerləşən Snigirevkada bir sıra partlayışlar barədə məlumat daxil olub.

Bu gecənin əvvəlində Kiyevin nəzarətində olan Xerson vilayətinin Snigirevka bölgəsində aktiv hava hücumu zamanı bir neçə partlayış baş verib. Daha ətraflı məlumat verilməyib, lakin Ukrayna hərbi hakimiyyət orqanları partlayışları təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki