image-6380610e341f1backend

Rusiya ordusu bu qəsəbədə  nəzarəti ələ keçirdi

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətində Krasnaya Qora qəsəbəsinə nəzarəti ələ keçirdiklərini bildirib. Vətəninfo.az xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyinin  sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin əməliyyatları ilə bağlı məlumat paylaşıb.

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyini bildirən Konaşenkov müxtəlif bölgələrdə 300-dən çox ukraynalı əsgərin zərərsizləşdirildiyini bildirib.

Konaşenkov qeyd edib ki, Ukrayna ordusunun silah və hərbi texnikasının təmiri mərkəzi vurulub.

Hücum bölmələrindəki könüllülər Rusiya Cənub Qüvvələri Qrupunun Donetsk istiqamətində artilleriya və raket bölmələrinin dəstəyi ilə Donetsk Xalq Respublikasının Krasnaya Qora qəsəbəsini azad ediblər.

Konaşenkov bildirib ki, son 24 saat ərzində Ukrayna qüvvələrinə məxsus Amerika istehsalı olan 6 ədəd çoxbarrelli reaktiv yaylım atəşi sistemi HIMARS raketi və 9 pilotsuz uçuş aparatı (PUA) vurulub.

“Bu günə qədər Ukraynaya məxsus 384 təyyarə, 207 helikopter, 3114 pilotsuz uçuş aparatı, 404 hava hücumundan müdafiə raket sistemi, 7852 tank və zirehli texnika, 1017 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 4082 haubitsa və minaatan, 8363 şəxsi hərbi maşın məhv edilib”, -deyə Konaşenkov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki