image-635a85d6c1f59backend

Rusiya ordusu Kramatorsk şəhərinə ağır zərbələr endirib, ölən və yaralananlar var

image-reklam_sirab_01

Rusiya Ukraynanın Kramatorsk şəhərinə raket zərbələri endirib.
Vətəninfo.az xəbər verir ki, şəhərdəki bir evə edilən hücum nəticəsində azı 3 nəfər həyatını itirib.
Rusiya ordusu gecə saatlarında Ukraynanın Kramatorsk şəhərini hədəfə alıb. Hücumlarda mülki vətəndaşların yaşadığı bina vurulub. Hücum zamanı 20 nəfər də yaralanıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkənin şərqində hücumlarını artırdığını, cəbhədə vəziyyətin getdikcə ağırlaşdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki