Bu gecə Ukrayna ordusu Rusiya ordusuna ağır zərbə endirib. Vətəninfo.az xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələrinin noyabrın 10- da Zaporoje vilayətində işğalçıların cəmləşdiyi ərazini məhv etdiyi təsdiqlənib .
Nəticədə Rusiya 100-dən çox əsgərini itirib. Baş Qərargahın səhər xülasəsində deyilir ki, ölənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Son 24 saat ərzində Ukrayna aviasiyası düşmənə 16 zərbə endirib. Şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 13 ərazi, eləcə də düşmənin zenit-raket komplekslərinin 3 mövqeyi məhv edilib.
Ötən sutka ərzində Ukrayna Rusiyanın ən azı bir “Orlan” PUA-sını vurub. Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri Rusiyanın 2 idarəetmə məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 9 ərazini və digər 2 mühüm hərbi obyektini vurub.


























