image-1200_0_1667807739-1363backend

Rusiya ordusuna sarsıdıcı ZƏRBƏ: 125 rus əsgəri məhv edildi 

image-reklam_sirab_01

Ukrayna Silahlı Qüvvələri rus ordusunun cənubdakı mövqelərinə güclü zərbələr endirib. Vətəninfo.az xəbər verir ki, noyabrın 9-da axşam saatlarında Ukrayna Silahlı Qüvvələri cənubda 125 rus işğalçısını məhv edib . Bundan əlavə, Ukrayna hərbçiləri üç kəşfiyyat aparatını vurub və döyüş sursatı olan anbarı məhv ediblər.

“Cənub” Əməliyyat Komandanlığından verilən məlumata görə , Ukrayna aviasiyası istehkamlara, rus işğalçılarının qüvvə və vasitələrinin cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri yüzdən çox atəş missiyasını yerinə yetirib. Xüsusilə idarəetmə məntəqələrini, hərbi texnika kolonuna, rusların döyüş sursatı olan anbarlarını vurdular.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki