Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində Rusiya hərbçilərinə 14 zərbə endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarında verdiyi məlumata görə , şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 11 ərazi, həmçinin düşmənin zenit-raket komplekslərinin üç mövqeyi vurulub.

Həmçinin qeyd olunub. Mayorskaya bölgəsindəki döyüşlərdən sonra Rusiyanın 1-ci Qorlovka ərazi batalyonu ölən və yaralananlarla tərkibinin 50 faizindən çoxunu itirib.

Ukrayna Baş Qərargahın məlumatına görə, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində hərbi əməliyyatların aparılması zamanı əhəmiyyətli itkilərə görə, işğalçı qüvvələrin bölmələrində fərarilik halları tez-tez baş verib və mənəvi-psixoloji vəziyyət xeyli pisləşib.