“Bu həftə ərzində Zaporojye vilayətində Rusiya ordusunun onlarla bazası məhv edilib.” – Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı Melitopol şəhərinin meri İvan Fyodorov telemarafonun efirində bildirib.
Mer bildirib ki, təkcə Zaporijjya-Melitopol istiqamətində bu həftə ərzində 1200 rus əsgər və zabiti məhv edilib.
“ Zaporojye vilayətində bu həftə ən azı 20 hərbi baza məhv edildi. Melitopolda, Pologiyada, Mixaylovkada, Velesovda minlərlə hərbçi məhv edildi. ”- mer bildirib.