image-downloadbackend

“Rusiya özü işğalçıdır” – POLİTOLOQ

image-reklam_sirab_01

Rusiya tez-tez Alma-Ata bəyamnaməsini əsas gətirərək Ermənistanın Azərrbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edilməsi barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib.” –Vətəninfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib. Halbuki, Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi.Rusiya özü işğalçıdır. Ermənistan da torpaqlarımızı işğal etdiyi 27 ildə Alma-Ata bəyannaməsini xatırlamırdı, baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı.” -deyə Elxan Şahinoğlu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki