Rusiya pilotsuz təyyarələrə qarşı yeni nəsil radioelektron döyüş sistemlərinin seriyalı istehsalına başlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə”RİA Novosti” xəbər yayıb.
“1-2 ay ərzində dövlət sınaqlarının başa çatdırılması və pilotsuz uçuş əleyhinə sistemlərin seriyalı istehsalına başlanması planlaşdırılır”, – məlumatda deyilir.
“Rostex” müəssisələri silah, hərbi və xüsusi texnika istehsalının sürətini və həcmini artırır. Söhbət hücum və nəqliyyat helikopterlərindən, yeni və modernləşdirilmiş qırıcılardan, bombardmançı təyyarələrdən, strateji raketdaşıyıcılardan, nəqliyyat və təlim döyüş təyyarələrindən gedir.
Bundan əlavə, “İsgəndər-M” və “Pantsir-S1” komplekslərinin, T-72B3, T-72B3M, T-80БВМ və T-90M tanklarının tədarükü davam etdirilir, Msta-С, “Malka”, “Akatsiya” və özüyeriyən artilleriya qurğuları ilə , “Тулпан” özüyeriyən minaatanları, TOS-1A “Solntsepek” ağır sistemləri, o cümlədən artilleriya kəşfiyyatı, rabitə kompleksləri və idarəetmə maşınları da istehsal edilir.