image-1backend

Rusiya qərbyönlü siyasətinə görə İrəvanı necə cəzalandırıla bilər?

image-reklam_sirab_01

Ta”Bizim cəzamız nədir?” sualı bir çox ermənini düşündürür. Amma bir az fikirləşərək belə nəticəyə gəlirlər ki, baş verə biləcək hər şey artıq olub. Ermənistan hesab edir ki, Moskva və İrəvan arasındakı uçurumun bədəlini Qarabağı təslim etməklə ödəyib.

Paşinyanın baş nazir olduğu 6 il ərzində İrəvanın Moskva ilə əlaqələrinə əsaslı şəkildə yenidən baxılmasına dair çoxlu danışıqlar olub və hər dəfə Rusiya cavab olaraq iddia edə bilər ki, ölkələr arasında ticarət mübadiləsi sabitdir, hərbi-texniki əməkdaşlıq davam edir və hətta Qarabağ probleminin həllində Rusiya rəsmi müttəfiqi Ermənistanın taleyini yaxşılaşdırmağa çalışır.

Amma, tərəflərin bütün bu arqumentləri 2023-cü ilin payızından öz təsirini tamamilə itirib. İndi ermənilər nəhayət ki, Qarabağı tamamilə itirərkən təəccüblə özlərindən soruşurlar ki, görəsən, Rusiyanı hələ də özlərinə əsas müttəfiq saymalıdırlar?
Ancaq əsas sual budur ki, Kreml Ermənistanı xarici siyasətini dəyişdiyinə görə necə cəzalandıra bilər”.Tasnim News


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki