image-bez-nazvaniyabackend

Rusiya silah alıcılarını itirib –ÖZƏL

image-reklam_sirab_01
Pekin bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, o biri tərəfdən Vaşinqtona siqnallar göndərir ki, Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir. Ərazi bütövlüyü prinsipi Pekin üçün əhəmiyyətlidir, çünki özündə separatçı meyllər var. Misal üçün Çin lideri Si Sinpin Astanada olarkən Qazaxlstanın ərazi bütövlüyünü dəstəklədiyi birmənalı bəyan etdi. Bu Moskvaya mesaj idi. Buna baxmayaraq, Pekin işğalçı müharibəyə görə Kremli tənqid etmir və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmur. Çin lideri Si Sinpin “böyük iyirmilərin” zirvə toplantısında çıxış edərkən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə bir cümlə də işlətmədi.
Pekin Rusiyaya hərbi texnika göndərməsə də, Vaşinqtonun şübhələri azalmayıb. Misal üçün Moskva İrandan aldığı kimi Çindən də pilotsuz uçuş aparatları əldə etmək istəyir. Ancaq Rusiyanın Çindən dronlar almasına dair məlumat yoxdur.
Bir qrup çinli ekspert dronların və raketlərin müharibədə faydalı olmayacağı qənaətindədir. Həmin ekspertlər buna misal olaraq Əfqanıstanda Talibana məğlub olan ABŞ-ı göstərirlər. Çin kontinentlərarası ballistik raketləri sınaqdan keçirir, yeni sualtı gəmilər inşa edir. Bu sualtı gəmilər nüvə başlıqlı raketlərə malikdirlər. Çin eyni zamanda fərqli ölkələrdə istehsal edilən hərbi texnikaya və bunları istehsal imkanlarına da qiqqət yetirir. Misal üçün müharibədən əvvəl Çin Ukraynanın motor istehsal edən zavodlarından biri ilə müqavilə imzalamışdı.
Ukrayna zavodu Çinə 400-dən çox iri həcmli mühərrik satmalıydı. Anlaşmanın dəyəri 800 milyon dollar idi. Müharibə bu planları alt-üst etdi. Vaşinqton da Kiyevə təsir edərək Çinlə müqavilənin ləğvini istədi. Belə olan halda Pekinin iki çıxış yolu qalırdı: ya oxşar mühərikləri Rusiyadan almaq, ya da yerli istehsalı təmin etməkdir. Pekin ikinci varianta üstünlük verib. Çində dəyəri 100 milyon dollar olan mühərrik zavodu inşa edilir.
Rusiyanın Ukraynada hərbi gücü zəifləyib. Bundan başqa bu müharibə Rusiya hərbi texnikasının modern olmadığını da göstərdi. Bir çox dövlətin Rusiya hərbi texnikasına marağı azalıb. Rusiyanın yaxın tərəfdaşı Çin hərbi texnikanın istehsalı məsələsində Moskva ilə əməkdaşlığa üstünlük verməkdənsə yerli istehsala üstünlük verəcək. Rusiyanın əsas alıcılarından biri də Hindistan idi. Ancaq Dehli də Rusiya əvəzinə tədricən ABŞ və Avropa ölkələrinin hərbi texnikasını almağa üstünlük verib.
“Atlas” Araşdırmalar Mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki