image-7827430600522500105backend

Rusiya sülhməramlıları Qarabağı tərk etməlidir

image-reklam_sirab_01
Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa catacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.
İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.
Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verib. Məsələ sadəddir. Azərbaycanın 2020-c il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir!
Elxan Şahinoğlu
politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki