Rusiyanın “Kinjal” hipersəs raketlərini daşıya bilən MiQ-31K qırıcıları bir neçə aydır yerləşdikləri Belarusu tərk edir.
Vətəninfo.az xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus üç MiQ-31K qırıcısı Belarusdan Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” hərbi hava limanına uçub.
Qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin aviasiya kadrlarının hazırlanması və hərbi sınaqlar üzrə 4-cü dövlət mərkəzinin filialı fəaliyyət göstərir.