image-999backend

Rusiya – Ukrayna  savaşı: Kiyev müharibə itkilərini açıqladı

image-reklam_sirab_01

Ukrayna fevralda başlayan müharibədə indiyədək 13 min əsgər və zabitini itirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki