Rusiyanın Ukrayna ilə müharibədə zabitlər arasında itkiləri noyabrın 1-nə 1402 nəfər təşkil edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Komitəsi məlumat yayıb.
“OSINT tədqiqatçılarının məlumatına görə (mövcud mənbələrə əsaslanan kəşfiyyat), Ukraynada 1402 rus zabiti zərərsizləşdirilib (bu, gündə təxminən 5-7 nəfər deməkdir).
Üstəlik, yüksək rütbəli zabitlər ümumi sayının 26%-ni təşkil edir”, – məlumatda deyilir.