“Rusiya qoşunları Baxmutda Ukrayna qoşunlarına hücum edəcəyinə qərar verib” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri  hərbi ekspert Oleksiy Arestoviç bildirib. Hərbi ekspert hesab edir ki,  Rusiyanın Lisiçanski, Popasna və Severodonetskini tutması ssenarisi Baxmutda həyata keçməyəcək.

Mark Feyqinlə söhbətində o qeyd edib ki, düşmənin nə taktikası, nə də strategiyası dəyişməyib: Rusiya Federasiyası hələ də tam mühasirə təhlükəsi altında Silahlı Qüvvələri Baxmutdan sıxışdırıb çıxarmaq istəyir.

“Demək olmaz ki, bu, tamamilə uğursuz taktikadır: Lisiçansk, Severodonetsk, Popasna… Amma Baxmutda vəziyyət bir az fərqlidir: həm ərazi, həm qoşunların sayı, həm də müdafiə strukturu dəqiq hesablanıb. ”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna komandanlığı düşmən tərəfindən nəzərdə tutulan istənilən təhdidlərə tam hazırdır, bunu Silahlı Qüvvələrin göstərilən istiqamətdə hərəkətləri də sübut edir.