image-1backend

Rusiya Ukraynanın bu şəhərini VURDU

image-reklam_sirab_01

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb. Daha 29 nəfər yaralanıb, onlardan 14-nü xilas etmək mümkün olub. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Xidməti xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Dnepropetrovsk vilayətinə hücumunu şərh edib.
“Rusiyanın hücumundan sonra Dneprdə xilasetmə əməliyyatları davam edir. Yaşayış binasının bir neçə mərtəbəsi dağılıb, ziyan dəyib. Dnepr bölgəsində Krivoy Roq və Sinelnikovo da hücuma məruz qalıb. Bütün yaralılara yardım göstərilir. Təəssüf ki, qurbanlar var. Ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

“Biz Rusiya terrorizmini məğlub etməliyik. Bu, təkcə dövlətimizin tələbi deyil, təkcə ukraynalıların deyil, qlobal tələbdir”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki